Xəbər lenti
Axtar
02 Şub 2023, 14:48   
    44



Kadırov qardaşı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Həmzət Kadırovu respublikanın əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə R.Kadırov özü məlumat yayıb.

Kadırov 26 yaşlı qardaşı oğlununun təyinatını Çeçenistan Nazirlər Kabinetinin iclasında təqdim edib:

"Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə sübut etdi".
loading...