NATO Ukraynaya 350 muzdlu göndərir

Ukrayna ordusu müstəqil olaraq Qərbin zirehli maşınlarına xidmət edə bilmədiyi üçün NATO tanklarının mümkün tədarükü ilə birlikdə Ukraynaya 300-dən çox muzdlu gələcək.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Qərb tankları təhvil verilərsə, tanklar birbaşa qərbli ekipajlar tərəfindən idarə olunacaq. Söhbət bir tank batalyonundan gedir və bu, təkcə 40-42 tank deyil, həm də 350-dən 375-ə qədər şəxsi heyətdir”, - məlumatda qeyd edilib.