Polşa Ukraynanın məğlub olmasını istəyir - Kedmi

Polşa öz siyasətində ikiüzlü və rəzildir. Gizli şəkildə Ukraynanın məğlub olmasını arzulayır. Ukraynanın məğlubiyyəti nəticəsində onlar “Polşa torpaqları” arzularını reallaşdırmağa ümid edirlər.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu israilli politoloq Yakov Kedmi deyib.
Onun sözlərinə görə, Polşa Rusiya ilə döyüşməyə hazır deyil və bunun necə bitəcəyini bilir:
“Ukrayna məğlub olandan sonra onlar forpost olacaqlar, pulu, bütün yardımları alacaqlar, əks halda Polşa nə ilə yaşayacaq? Bilirlər ki, Rusiyaya qarşı nə qədər qışqırsan, bir o qədər çox pul verirlər, bu, böyük gəlir mənbəyidir”.