
Niderland bu ölkəyə səkkiz "F-35" qırıcısı göndərir
BAKI-XEBERTV.AZ
23 Yanvar 2023 21:48
Niderland Müdafiə Nazirliyi bu ayın sonunda Polşaya səkkiz "F-35" qırıcısı göndərəcəyini açıqlayıb.
CNN- xəbər verir ki, fevral və mart aylarında dörd təyyarə Şərqi Avropa üzərində NATO hava məkanının mühafizəsində, qalan dörd təyyarə isə müttəfiqlərlə təlim proqramında iştirak edəcək.
Hollandiya Müdafiə Nazirliyi qeyd edib ki, "F-35" bir neçə dəqiqə ərzində təyyarələrin tutulması tapşırıqlarını yerinə yetirə biləcək.
QeydPublika.az edilib ki, iki F-35 daim NATO hava məkanını qoruyur, digər ikisi isə ehtiyatdır.