“Avroviziya” iştirakçısı bomba sığınacağında seçiləcək

Ukrayna gələn ilin mayında Liverpulda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində ölkəni təmsil edəcək iştirakçının seçiminə başlayıb.
XEBERTV.AZ Kult.az- a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat verib.
Məlumata görə, təhlükəsizlik baxımından hazırkı milli seçim bomba sığınacağında keçiriləcək.