Qırğızıstan və Tacikistan sərhədində yenidən gərginlik

Qırğızıstan və Tacikistan sərhədində gərginlik yenidən artıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu dəfə gərginliyi yerli sakinlər yaradıb:
“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”.