Xəbər lenti
Axtar
18 Kas 2022, 21:02   
    97


ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyanın nəzarətində olan Qvatemaladakı mədən şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rusiyalı Dmitri Kudryakov və Belarus vətəndaşı İrina Litvinyukun adı qara siyahıya daxil edilib, onlar Qvatemalada dağ-mədən sektorunun istismarında ittiham edilirlər.

Eyni zamanda, Qvatemaladakı "Compania Guatemalteca de Niquel", "Compania Procesadora de Niquel" və "Mayaniquel" şirkətlərinə də sanksiyalar tətbiq olunub.
loading...