Meksikada polis helikopteri qəzaya uğradı: ölənlər var

Meksikada regional polisə məxsus helikopter Aquaskalyentes ştatının Xesus-Mariya bələdiyyəsində qəzaya uğrayıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “La Jornada” qəzeti məlumat yayıb.
Qəza nəticəsində göyərtədə olan 4 polis əməkdaşı, o cümlədən ictimai təhlükəsizlik idarəsinin rəhbəri Porforio Sançes həlak olub.
Qəzanın səbəbləri araşdırılır.