Xəbər lenti
Axtar
11 Kas 2022, 23:02   
    91

Mirzoyan və Kolonna sülh sazişini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə məlumat verib.

Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatın əhəmiyyətini vurğulayıblar.
loading...