Rusiyanı bu ölkə də Ermənistan kimi satır

Yunanıstan Rusiyaya qarşı siyasətə fəal şəkildə davam edir: Rusiyaya qarşı siyasi kurs və Ukraynaya silah təchizatı. Bir sözlə, əsl “qardaş xristian ölkəsi”.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko qeyd edib.
“Bizim artıq Cənubi Qafqazda eynilə bu cür ölkəmiz var”, - deyə, o, Ermənistanın Rusiyaya qarşı siyasətini xatırladıb.