Xəbər lenti
Axtar
08 Kas 2022, 20:43   
    127

Şoyqu Ukraynaya getdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “xüsusi əməliyyat”ın keçirildiyi əraziyə gedib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatı yerinə yetirən qrupun komanda məntəqəsinə baxış keçirib.

Bildirilib ki, Rusiyanın Ukraynadakı qoşun birliklərinin komandanı, ordu generalı Sergey Surovikin qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılanların vəziyyəti və bütün növ müavinətlərin verilməsi, hazırkı əməliyyat şəraiti, düşmən hərəkətlərinin mahiyyəti, müxtəlif əməliyyat ərazilərində Rusiya qoşunlarının döyüş tapşırıqlarını yerinə yetirməsi haqda məruzə edib.
loading...