Xəbər lenti
Axtar
07 Kas 2022, 21:59   
    127
Saakaşvili həbsdən azad oluna bilər

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səhhətinin ağırlaşması səbəbindən həbsdən azad oluna bilər.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkillərindən biri Şalva Xaçapuridze bildirib.

"Amerikalı həkimlərin qoyduğu diaqnozlar gürcü həkimlərinin qoyduğu diaqnozdan ciddi şəkildə fərqlənir. Diaqnozların ciddiliyi onun həbsdən azad olunmasından belə danışmağa da imkan verir”, - Xaçapuridze bildirib.
loading...