Xəbər lenti
Axtar
27 Eyl 2022, 22:04   
    105

Ukrayna Rusiyaya malların ixracına qadağa qoydu

Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.
loading...