Xəbər lenti
Axtar
26 Eyl 2022, 17:20   
    148

Rusiya Gürcüstan sərhədinə texnika yeritdi

Gürcüstanın “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin Rusiya tərəfində zirehli transportyorlar yerləşdirilib, blok-postlar qoyulub.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Rus hərbçilərinin peyda olmasından sonra Gürcüstana keçmək istəyənlər arasında çaxnaşma yaranıb. İnsanlar arasında belə bir şayiə yayılıb ki, guya gələn hərbçilər sərhədi keçmək istəyən bütün kişiləri yoxlayacaqlar.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) hərbi texnikanın “Yuxarı Lars” sərhəd keçid məntəqəsinə yeridilməsi faktını təsdiqləyib:

“Zirehli transportyorlar oradadır, lakin heç bir blok-post qurulmayacaq. Ehtiyatda olanlar heç bir sərhəd rəsmiləşdirməsini tamamlamadan keçid məntəqəsini yarıb ölkəni tərk etmək istəyirlərsə, o zaman müdaxilə olunacaq. Keçid məntəqəsi normal rejimdə işləyir, hərbi çağırış yaşda olan kişi vətəndaşların çıxışına heç bir məhdudiyyət qoyulmayıb”.
loading...