Xəbər lenti
Axtar
11 Eyl 2022, 20:24   
    170




Kuleba Fransadan silah istədi: “Təəssüf ki...”

“Fransa Kiyevə daha çox silah tədarük etməlidir. Çünki hazırda bu, bizim üçün çox vacibdir”.

XEBERTV.AZ xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Nazir ölkəsi aından Fransaya təşəkkür etməyi də unutmayıb:

“Biz Fransaya silah təmin etdiyinə, həmçinin Aİ-yə üzvlük namizədliyimizi dəstəklədiyinə görə çox minnətdarıq. Amma cəbhə xəttində bizə daha çox silah lazımdır. Daha yaxşı silahlara ehtiyac duyuruq. Biz Fransadan daha çox işlər görməsini tələb edirik. Ağır silahlar baxımından Rusiya hələ də bizi üstələyir. Təəssüf ki, bu reallıqdır".

Publika.az
loading...