Bayden şiddətli öskürək və bədən ağrılarından əziyyət çəkir

23 İyul 2022
"Koronavirusa yoluxan ABŞ prezidenti Co Bayden şiddətli boğaz ağrısı, öskürək və bədən ağrıları keçirir. Eyni zamanda, onun vəziyyəti getdikcə yaxşılaşır"
XEBERTV.AZ xəbər verir ki, bu barədə Amerika liderinin müalicə həkimi Kevin O'Konnor bildirib.
O vurğulayıb ki, bir gün əvvəl prezident "Paxlovid"lə müalicənin ikinci tam gününü tamamlayıb.
"Onun vəziyyəti yaxşılaşmağa davam edir. Prezidentin əsas simptomları az ağır olsa da, indi boğaz ağrısı, burun axması, bəlğəmli öskürək və bədən ağrılarıdır" , - həkimin hesabatda qeyd olunur.
Prezidentin ağciyərləri təmizdir, nəbzi və təzyiqi normal həddə qalır.
Publika.az