
Türkiyənin Liviyadakı hərbi missiyanın mandatı UZADILDI
22 İyun 2022
BAKI-XEBERTV.AZ
Türkiyə parlamenti Liviyadakı hərbi missiyanın mandatını daha 18 ay uzadıb.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Türkiyə Prezidenti Ərdoğanın missiyanın davam etdirilməsi məsələsi ilə bağlı parlamentə təqdim etdiyi memorandumun əsaslandırılması bildirilir:
"Liviyada 2021-ci il dekabrın 24-nə planlaşdırılan seçkilərin uğursuzluğundan sonra yaranmış siyasi qeyri-müəyyənlik və idarəetmə problemləri sülhü təhdid edir və davamlı sabitliyin əldə olunmasına ciddi maneə yaradır. Bu vəziyyət Liviyanın və bütövlükdə regionun təhlükəsizliyi üçün narahatlıq doğurur".
Qeyd olunuv ki, Türkiyə Liviyanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasına, ölkədə daimi atəşkəsin yaradılmasına və milli barışığın təmin edilməsi üçün siyasi dialoq səylərinə güclü dəstək verməkdə davam edir.
Nəticədə parlament Türkiyənin Liviyadakı hərbi missiyasının mandatını 2 iyul 2022-ci il tarixindən başlayaraq daha 18 ay uzadıb.
Xatırladaq ki, Türkiyə parlamenti ilk dəfə olaraq 2020-ci ilin yanvarında Liviyaya hərbçilərin bir il müddətinə göndərilməsinə icazə verib, daha sonra bu müddət 2022-ci ilin iyul ayına qədər uzadılıb.
Publika.az