
Saakaşvilidən çağırış: "Texniki hökumət yaradılmalıdır"
21 İyun 2022 08:09
“Avropa İttifaqının nəzarəti altında Gürcüstan xalqının iradəsini ifadə edən seçkilər keçirəcək texniki hökumət yaradılmalıdır”.
XEBERTV.AZ Publika.az -a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili deyib Mən 'Milli Hərəkat'ın bütün həmrəyləri və tərəfdarlarını, eləcə də bütün vətənpərvərləri bugünkü mitinq ilə məhdudlaşmamağa çağırıram. Bizi hansısa mərhəməti, kiminsə məcburiyyətini gözləməyə sövq edən hər kəs əməlli-başlı bir daha özümüzü aldatmağımızı xahiş edir. Avropalı gələcəyimizin taleyi öz əlimizdədir. Avropa bizə ilin sonuna qədər vaxt verdi. Deoliqarxizasiyanın baş verməsi üçün hakimiyyətin təmsil etdiyi oliqarx əsas alətdən məhrum edilməlidir",- Mixail Saakaşvili qeyd edib.