Ukrayna təsdiqlədi: “Belarus artıq müharibədə iştirak edir”

BAKI-XEBERTV.AZ
Ukrayna təsdiqlədi: “Belarus artıq müharibədə iştirak edir”
20 İyun 2022
“Belarus Ukraynaya qarşı müharibədə iştirak edir, çünki bu ölkənin ərazisindən ərazimizə raketlər atılıb, qoşunlar hərəkət edib”.
Ukrayna mətbuatı xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
“Şübhəsiz ki, onlar öz ərazilərini Rusiya qoşunlarının ixtiyarına veriblər. Amma məhz belarusluların əhvali-ruhiyyəsi səbəbindən Belarus ordusunun müharibədə genişmiqyaslı iştirak etmək ehtimalı aşağıdır”.
A.Yermak Belarus Prezidenti Aleksandr Lukaşenkonun məsuliyyətə cəlb edilməsi perspektivlərini də qiymətləndirib:“Çox həssas məsələdir. Rusiyalılarla birgə onların da adları sanksiyalar siyahısına salınıb. Şübhəsiz ki, itkiləri və kompensasiya məsələlərini müəyyən edərkən bu məsələni də nəzərə alacağıq. Amma Belarusun müharibədə aktiv iştirak etməməsi strateji cəhətdən mühüm məsələdir”, - deyə o bildirib.