
40-a yaxın hücum helikopteri Ukrayna sərhədində
40-a qədər Mi-24 və Mi-8 Rusiyanın Belqorod vilayətində Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Rusiya Belqorod vilayətinin Valuyski rayonunda Şərq Hərbi Dairəsinin 36-cı əlahiddə ordusunun köməkçi komanda məntəqəsini yerləşdirib.
Eyni zamanda, bu istiqamətdə qoşun qruplaşmasının gücləndirilməsi çərçivəsində düşmən şəxsi heyəti Belqorod vilayətinin ərazisindən köçürür.
Bundan əlavə, İzyum istiqamətində düşmən təşəbbüsü ələ keçirməyə çalışır və İzyum-Barvenkovo istiqamətində hücum əməliyyatları aparır. Bu məqsədlə düşmən Qruşuvax, Novaya Dmitriyevka və Kurulka yaşayış məntəqələri rayonlarında qoşunlarımızın mövqelərini artilleriya atəşinə tutur”, - məlumatda vurğulanıb.
mənbə/axar.az