
ABŞ-dan sonra Ukraynaya ən çox yardım edən ölkə...
Polşa Ukraynaya 232 ədəd T-72M1 tankı, daşına bilən zenit-raket kompleksləri, reaktiv yaylım atəş sistemləri və özüyeriyən haubitsalar təhvil verib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vişeqrad24" məlumat yayıb.
"Polşa Ukraynaya 232 ədəd T-72L1 tankını təhvil verib. Bununla da Polşa Ukraynaya ən çox hərbi yardım göstərən dövlət kimi ABŞ-dan sonra ikinci yerdədir", - məlumatda deyilir.
Qeyd olunur ki, Polşanın yardımına həmçinin MANPADS, MLRS, pilotsuz təyyarələr və s. daxildir.