Türkiyə XİN-dən Ukrayna ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Türkiyə XİN-dən Ukrayna ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərq sərhədindəki bölgələrə səyahət etməməyə çağırıb.
Bu barədə məlumat Türkiyə XİN-nin rəsmi saytında dərc edilib.
Müraciətdə həmçinin qeyd olunur ki, Ukraynadakı son vəziyyət Türkiyə hökuməti tərəfindən yaxından izlənilir.
Türkiyə XİN vətəndaşlarına müraciət edərək hər hansı bir köməyə ehtiyac olarsa Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.
Mənbə: Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsi
xezerxeber.az/