Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 08 Kas 2021, 23:44   
        177


    Nikol Putinə açıq-aşkar etiraz etdi – İrəvan çalxalanacaq

    Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətinin bir ilində televiziya kanallarından birinə geniş müsahibə verib. Paşinyan müsahibə zamanı həm Rusiyaya yaltaqlıq, həm də etiraz edib.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyanın açıqlamasının yaltaqlıq hissəsində Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyinə və rusiyalı sülhməramlıların Qarabağdakı varlıqlarına minnətdarlıq edilir:

    “Paşinyan açıqlamasının etiraz hissəsində isə deyib ki, yaxın günlərdə Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə müzakirə aparmağı planlaşdırmır. Halbuki Paşinyandan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib ki, bu həftə 3 ölkənin lideri videokonfrans formatında müzakirə aparacaqlar. Bu barədə Vladimir Putinin qərarı olmasaydı, Peskov özbaşına açıqlama verməzdi. Paşinyan isə Zəngəzur dəhlizi və sərhədlərin müəyyənlənləşməsiylə bağlı müzakirəldən çəkindiyinə görə hətta Putinə müqavimət göstərməyə çalışır”.

    Politoloq bildirib ki, Paşinyan televiziya kanalına verdiyi müsahibənin qalan hissəsində müharibədəki məğlubiyyəti Qarabağ klanının timsalında müxalifətə və orduya yükləmək istəyib:

    “Parlament müxalifəti xeyli müddətdir ki, 44 günlük savaşla bağlı komissiyanın yaradılmasını təklif edib. Müxalifət bu yolla Paşinyanın mövqelərini zəiflətməyə çalışır. Paşinyan belə bir komissiyanın yaradılmasına etiraz etmir, əks halda məğlubiyyətə görə məsuliyyətin tamamən öz üzərində olduğuna razılaşardı. Ancaq Paşinyan və onun parlamentdəki tərəfdarlarının komissiyanın fəaliyyəti ilə bağlı önəmli əlavələri var: “Yaradılacaq komissiya 1994-cü ildən bu yana danışıqlar prosesini və keçmiş hakimiyyətin ordu quruculuğunu da tədqiq etməlidir”.

    Paşinyan hiyləgər gediş edib. Çünki həqiqətən Ermənistanın bəlaları Paşinyanın hakimiyyətə gəlişindən əvvəl başlayıb. İndiki müxalifətin liderləri Robert Köçəryan və Serj Sərkisyan Qarabağ danışıqlarını böhrana yuvarlandırdılar, orduda yeyinti və özbaşınalıq hökm sürürdü. Yəni Paşinyan demək istəyib ki, “müharibədəki məğlubiyyətə görə məni ittiham edənlər güzgüyə baxsınlar”.

    Politoloq Nikol Paşinyanın müsahibəsində ordu komandanlığına da mesaj verdiyini bildirib:

    “Paşinyan deyib ki, Müdafiə Nazirliyinin isralı istəyi ilə Rusiyadan Su-30 savaş təyyarələri aldıq: “Ümumiyətlə generallar məndən ordu üçün nə istədilərsə, onları aldım”. Bununla Paşinyan demək istəyib ki, İkinci Qarabağ müharibəsində bahalı Su-30 təyyarələrdən istifadə edilməməsinin səbəbi onda deyil, ordu rəhbərliyindədir.

    Beləliklə, Paşinyanın parlamentdə yaradılacaq komissiyanın fəaliyyətini Qarabağ klanı və orduya rəhbərlik edən generallara qarşı yönəldəcəyi aydındır. Nikol Paşinyan komissiyanın tərkibinə əməkdaşlıq etdiyi parlamentdən kənar müxalifət təmsilçilərini də salmaq istəyir. Bu amil də komissiyanın gələcək qərarının Qarabağ klanına qarşı tuşlanması məqsədi daşıyır. Bu hesabla parlament komissiyasının yaradılması prosesi və müzakirələri növbəti mərhələdə Ermənistanı xeyli çalxalayacaq”.
    loading...