Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 26 Nis 2021, 22:06   
        133
    Metsamorda qəza baş verərsə... - ETSN

    Metsamorda qəza baş verərsə... - ETSN

    1976-cı ildən köhnəlmiş texnologiya əsasında işləyən Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən bir obyekt kimi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi nəticələrə səbəb ola bilər.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyası (Espoo Konvensiyası) üzrə milli əlaqələndirici Aysel Rzayeva Çernobıl faciəsinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama verərkən bildirib.

    O qeyd edib ki, Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır:

    “AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən 60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir”.

    Espoo Konvensiyası üzrə milli əlaqələndirici qeyd edib ki, Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanmışdı, lakin Ermənistan hökuməti enerji çatışmazlığını bəhanə gətirərək 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidinə baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.

    “Hazırda Metsamor AES istismar müddətinin bitməsinə baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət etmədən daha artıq güclə fəaliyyət göstərir. Bu gün köhnə Sovet texnologiyası olan belə qoruyucusuz nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək olar ki, Avropa ölkələrində 50-60-cı illərdə istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti 2015-ci ilədək dayandırılmışdı. Artıq 3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən başlayan ölkələr sırasında Yaponiya, Çin, BƏƏ və bu köhnə texnologiyalardan istifadə etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli həllər, xüsusilə soyutma sistemində sudan imtina və əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin azadılması, eləcə də gücləndirilmiş texniki təhlükəsizlik standartları önəmlidir.

    Hazırda beynəlxalq texniki standartlara cavab verməyən Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı ekoloji təsirləri müəyyən etməkdə də ciddi narahatlıqlar yaradır. Halbuki, bu sahədə geniş beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik standartlarının əsas baza prinsipi kimi şəffaflığın artırılmasının zəruriliyi barədə həyəcan təbili çalmışdır. Təəssüf ki, bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində aparılmış tədqiqat nəticələri, AES-in texniki status göstəriciləri, eləcə də formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar açıqlanmır və onların aqibəti barədə dəqiq məlumatlar yoxdur.”

    Onun sözlərinə görə, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir.

    ​“Bu Konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır.

    ​Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb”.

    ​A.Rzayeva onu da qeyd edib ki, Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən potensial fəlakətin qarşısının alınması məqsədilə səylərin gücləndirilməsi və konkret addımların atılması artıq dərəcədə önəmlidir.
    loading...