Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 22 Mar 2021, 20:37   
        219


    Qarabağın bərpasına dəstək... - Dünya Bankı

    Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə azad edilmiş torpaqlarının bərpasına da IBRD öz dəstəyini göstərməyə şad olar.

    XEBERTV.AZ xəbər verir ki, bunu Report-a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

    “Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var.

    Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, II Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən sonra bərpa bizim DNT-mizdədir deyə bilərəm.

    Bunun səbəblərindən biri bizim qlobal olaraq mövcud olmağımızdır. Əsas işimiz münaqişə sonrası yenidənqurma işlərinə və ölkələrin münaqişəyə girmə potensial risklərindən qaçınmalarına kömək etməkdir. Həmçinin münaqişədən sonra bərpa işlərinin görülməsində qlobal təcrübəyə malikik.

    Şübhəsiz ki, hökumətin hansı yenidənqurma ehtiyaclarına sahib olmasından asılı olaraq biz ona kömək edirik”, - S. Maykl bildirib.
    loading...