
ABŞ körfəzdə 3 ölkə ilə hərbi təlimə başladı
ABŞ Ərəbistan dənizində və Oman körfəzində 3 ölkə ilə genişmiqyaslı hərbi təlimə başlayıb.
Bu barədə "İndependent" nəşri məlumat yayıb.
Məlumata əsasən, Ərəb Dəniz Hərbi Təlimi adı altında keçirilən hərəkatda Fransanın "Şarl de Qoll” təyyarədaşıyan gəmisi, ABŞ-ın amfibiya hücum gəmisi "USS Makin İsland", Belçikanın "HNLMS Leopold 1" və Yaponiyanın "JS Ariake" hərbi gəmisi iştirak edir.Axar.az