Pompeo Kubanı bu siyahıya daxil etməyi planlaşdırır

ABŞ Dövlət katibi Mayk Pompeo Kubanı terrorizmin sponsoru olan ölkələr siyahısına daxil etməyi planlaşdırır.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.
Qəzet Dövlət Departamenti əməkdaşlarının artıq bununla bağlı təkliflər hazırladığını bildirib.
Pompeo bu addımın ABŞ-ın Kubaya qarşı avtomatik sanksiya tətbiqinə gətirib çıxaracağını deyib.