Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • 25 Ara 2020, 21:28   
        293


    Çində "Alibaba" şirkətinə qarşı antiinhisar ittihamı ilə araşdırma başlayıb

    Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məxsusi işgüzar sövdələşmələr də daxil olmaqla ehtimal edilən inhisar fəaliyyəti ilə əlaqədar "Alibaba Group" ilə bağlı araşdırmalara başlayıb.

    XEBERTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, "Alibaba"nın bu cür məxsusi işgüzar sövdələşmələri sahibkarlara məhsullarını digər şirkətlərin elektron ticarət platformalarında satmağa imkan vermir.

    "Alibaba"nın məsələ ilə əlaqədar yaydığı bəyanatda deyilir ki, şirkət sözügedən ittihamla əlaqədar araşdırma çərçivəsində dövlət administrasiyası ilə fəal əməkdaşlığa hazırdır.

    Araşdırma xəbəri birjalarda "Alibaba"nın aksiyalarının qiymətinə ciddi təsir edib. Belə ki, dekabrın 24-də Honkonq birjasında şirkətin səhmləri 8,13 faiz ucuzlaşıb.

    Qeyd edək ki, noyabrda Çində onlayn ticarətdə inhisarlığa qarşı qaydalar layihəsi qəbul edilib. Antiinhisar qaydaları ədalətli rəqabət üçün bütün bazar iştirakçıları arasında bərabərhüquqlu mühitin yaradılmasını təmin etməyi hədəfləyib.

    Əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan "Alibaba Group" Çinin ən iri internet ticarət kompaniyasıdır. Qrup "Alibaba.com", "AliExpress.com", "Taobao.com" və "Tmall.com" kimi bir neçə törəmə elektron ticarət platformasının, "Alipay" elektron ödəniş sisteminin sahibidir. Şirkət dünyanın ən bahalı markaları siyahısında ilk onluqda yer alır.
    loading...