İranda sel fəlakəti: 7 ölü - FOTO

İranda güclü sel yeddi nəfərin ölümünə səbəb olub.
XEBERTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Xuzistan, İsfahan, Buşir, Fars, Yəzd və Hormuzqan bölgələrində daşqınlar meydana gəlib.
Hormuzqan vilayətinin Parsian mahalında 5 və Buşir əyalətinin Deştistan bölgəsində 2 nəfərin öldüyü açıqlanıb.
Xuzistanın mərkəz şəhərləri olan Əhvaz və Buşir seldən ciddi şəkildə ziyan görüb, yaşayış məntəqələri su altında qalıb.