
Fransada etirazlar başladı
Fransanın paytaxtı Paris başda olmaqla, bir sıra iri şəhələrində iqtisadi çətinliklər və koronavirus pandemiyası ilə bağlı elan edilən qadağalara etiraz olaraq kütləvi nümayişlər keçirilib.
XEBERTV.AZ xəbər verir ki, Monpelye, Tuluza, Nant, Ruan kimi şəhərlərdə baş tutan etirazlar insidentsiz ötüşməyib.
Sadalanan şəhərlərin müxtəlif məntəqələrində polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.
Polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyi bildirilib.Axar.az