Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 28 Eki 2020, 21:47   
        440


    Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlanıb
    DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

    Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlanıb
    Sentyabrın 21-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

    XEBERTV.AZ xəbər verir ki, Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

    Bərdə terrorunun qurbanlarının siyahısı

    1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
    1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
    1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
    1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
    1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
    1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
    1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
    1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
    1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
    1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
    1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
    1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
    1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
    1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
    1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
    1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
    1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
    1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
    1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
    1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
    1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)
    loading...