
ABŞ bu ölkəyə 7 milyardlıq silah satır
ABŞ Tayvana dəniz minaları, qanadlı raketlər və PUA-lar da daxil olmaqla, ümumilikdə 7 milyard dollar dəyərində silah satmaq niyyətindədir.
XEBERTV.AZ xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.
Bu sözləşmənin ötən il Vaşinqtonun Tayvanı 8 milyard dollarlıq silahla təmin etməsinə dair müqavilədən sonra ikinci ən böyük razılaşma olacağı bildirilir.
Axar.az