Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • 11 Nis 2020, 07:34   
        418



    Türmədə qiyam: qoşun yeridildi, hər tərəf cəsəddir... - Video

    Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib.

    XEBERTV.AZ Musavat.com-a istinadla xəbər verir ki, həbsxanada yanğın törədən məhkumların ram edilməsi üçün xüsusi əməliyyat başladığı deyilir.

    Məhkumlar isə videomüraciət yayaraq, qiyama ağır həbsxana şəraitinin səbəb olduğunu bildiriblər.

    Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında mübahisə siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişə əlbəyaxa davaya çevrilib.

    Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bu yayılan videoda da aydın görünür.

    Ən son məlumatlara görə, cəzaçəkmə müəssəsinə xüsusi qoşun yeridilib. Atəş səsləri eşidilir. Həbsxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülür, çünki qiyam xəbəri alan məhkum yaxınları oraya axın edirlər. Rusiya Qvardiyası bütün yolları kəsib.

    “Koloniya hələ də atəşə məruz qalır”, - deyə müəssisənin yerləşdiyi Anqarsk şəhər meri Sergey Petrov bildirib.

    “Təhlükəsizlik qüvvələri orada əməliyyat keçirir. Şəhərə hər hansı təhlükəyə yoxdur. Orada yanğın baş verib, ərazi hüquq-mühafizə orqanları tərəfindən tamamilə bağlanıb", - deyə o, “İnterfaks” agentliyinə bildirib.

    Məhkumlardan birinin anası “Dojd”telekanalına müsahibəsində deyib ki, oğlu ona az əvvəl zəng edib:

    “O yalvarırdı ki, bizi öldürülməkdən xilas edin”.

    Digər bir məhkumun yaxını isə deyib ki, içəridə iki nəfər öldürülüb və meyitləri hələ ki, ortada qalıb. O cümlədən, həbsxanadakı yanğın davam edir.

    Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci ("Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması") maddəsi ilə cinayət işi açılıb.

    Qeyd edək ki, 15 saylı Anqarsk həbsxanası 1952-ci ildə yaradılıb. Məhkumlar burada metal emal məhsulları ilə yanaşı, mebel və məişət əşyaları istehsal edirlər.

    ***

    İrkutsk Regional İstintaq Komitəsinin və prokurorluğun əməkdaşları məhbusların qiyam qaldırdlıqları həbsxanaya gəliblər. Federal Penitensiar Xidmətin bildirdiyinə görə, cəzaçəkmə müəssisədəki vəziyyəti nəzarətə götürmək mümkün olub.

    "Əvvəllər mənfi xarakterizə olunan məhkumlar koloniyanın sənaye zonasındakı bir neçə obyektə od vuraraq qurumun işini pozmağa çalışıblar. Hazırda dəymiş zərər qiymətləndirilir", - rəsmi məlumatda bildirilib.

    Təsdiqlənməmiş məlumatlarda isə deyilir ki, iğtişaşlar nəticəsində bir neçə nəfər ölüb, çox sayda məhkum yaralanıb. Hələlik bu məlumat rəsmi təsdiqlənmir, yalnız bir məhkumun özünü öldürdüyü bildirilir.

    Qiyam zamanı həbsxanada olan məhkumlardan “Cəzaçəkən Rusiya” təşkilatından olan hüquq müdafiəçisi Olqa Romanova ilə zəng edə bilib. Hüquq müdafiəçisi öz Feysbuk səhifəsində yazıb:

    “Məhbus Andrey promzonada olduğunu və ətrafındakı hər yerin yandığını dedi. Cəsədlərin və yaralıları bir yerdə görmək olduğunu söylədi”.





    loading...