
Qarabağda əsgər öldü, deputat oğlu saxlandı, aksiya başladı - Video
Ermənistanda yanvarın 30-da ölmüş hərbçiyə görə etiraz aksiyası keçirilib.
XEBERTV.AZ xəbər verir ki, 2000-ci il təvəllüdlü, intihar etdiyi deyilən Vaqram Mkrtıçeviç Avakyanın qohumları Armavir əyalətindən İrəvana gedən yolu bağlayıblar. Onlar hərbçinin intihar etməsi haqqında rəsmi versiya ilə razılaşmayıb və əsl səbəbin ortaya çıxmasını tələb ediblər.
Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb, onlar istintaqa cəlb olunub.
Vaqram Avakyanı intihara sürüklədiyi iddia olunan David Movsisyan Ermənistan parlamentinin eks-deputatı Arakel Movsisyanın oğludur.
Etirazçılarla görüşən Ermənistanın Müdafiə naziri David Tonoyan onlara aksiyanı dayandırmaqla bağlı çağırış edib.
“Gəlin bunu qurtaraq. Hadisənin başvermə şəraiti ilə bağlı verilən məlumata görə, mən onun (hərbçinin) intihar etdiyini düşünürəm", - Tonoyan deyib.
Onun sözlərinə görə, hadisə ilə əlaqədar səhlənkarlıq edən komandirlər ciddi cəzalandırılacaq. O bildirib ki, yas mərasimlərində şəxsən iştirak edəcək.
Tonoyanla danışıqlardan sonra etiraz aksiyası dayandırılıb.Axar.az