
İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb
İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb.
XEBERTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının mətbuat xidmətindən bildiriblər.
Bəyanatda deyilir: "Etiraz aksiyası işlərinə baxan orqanlar dekabrın 8-i üçün 2626 nümayişçinin sərbəst buraxıldığını elan ediblər".
Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.