Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 27 Kas 2019, 07:45   
        476


    Albaniyada dəhşətli zəlzələ: 20 ölü, 600 yaralı - Foto

    Albaniyanın paytaxtı Tirana şəhəri yaxınlığında güclü zəlzələ qeydə alınıb.

    XEBERTV.AZ xəbər verir ki, bu məlumatı ABŞ Geologiya Xidməti yayıb. Məlumata görə, 6,4 bal gücündə olan zəlzələnin episentri Tirananın yaxınlığında yerləşən Şidjak şəhəri olub.

    Nəticədə bir neçə yaşayış binası dağılıb. Yüzlərlə yaralının olduğu bildirilir.

    ***

    Albaniyada yeraltı təkanlar nəticəsində yaralıların sayı 150 nəfəri ötüb, 3 nəfər isə ölüb.

    Bu barədə İtaliyanın “Sky TG24” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, dağıntılar altında xeyli insan qalıb.

    ***

    Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 5-ə çatıb. "Faktor" saytının yazdığına görə, dağıntılar altından yaşlı qadının cəsədi çıxarılıb.

    ***

    “Assoşeyted Press” agentliyi zəlzələ nəticəsində ölənlərin sayının 6-ya çatdığını bildirib.

    Albaniya Prezidenti İlir Meta jurnalistlərə verdiyi açıqlamasında zəlzələdən sonra baş verənləri dramatik adlandırıb:

    “İnsanları dağıntılar altından çıxarmaq üçün bütün qüvvələr səfərbər olunub”.

    ***

    Albaniyada zəlzələdə ölənlərin sayı 8-ə, yaralananların sayı isə 300-ə çatıb.

    Bu barədə yerli mətbuat yazıb.

    “Qolem rayonunda yerləşən otelin dağıntıları altından iki meyit çıxarılıb. 3 nəfər Durresdəki hökumət binasının dağılması nəticəsində həlak olub. Daha iki nəfər Tuman şəhərində ölüb və 1 nəfər balkonun uçması nəticəsində həyatını itirib”, - məlumatda qeyd olunub.

    ***

    Zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb.

    Albaniyanın Səhiyyə və Sosial Müdafiə naziri Oqerta Manastirlu 600-dən çox insanın yaralandığını deyib.

    “600-dən çox insan Tirana, Durres, Krui və Lejidəki xəstəxalanalara tibbi yardım üçün müraciət edib”, - nazir bildirib.

    ***

    Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

    Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    ***

    Albaniyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.

    Qeyd olunur ki, dağıntıların altından 42 nəfər xilas edilib, Durres və Tuman şəhərlərində xilasetmə əməliyyatı davam edir. İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Serbiya, Çernoqoriya və Kosovodan olan xilasedicilər də xilasetmə işlərinə cəlb olunub.axar.az






    loading...