
Meksikada boru kəmərinin partlaması nəticəsində 91 nəfər ölüb
Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
XEBERTV.AZ "Report"a istinadən bildirir ki, bu barədə İdalqo ştatının qubernatoru Ömər Fayyada istinadən "Imagen" radiosu məlumat yayıb.
"Vəziyyət dəyişib: bədbəxtlikdən, ciddi yanıq xəsarətlərindən artıq 91 nəfər ölən var", - deyə o bildirib.
Bununla yanaşı, qubernatorun sözlərinə görə, hazırda daha 52 nəfər xəstəxanalarda yatır.
Bundan əvvəl ölənlərin sayının 85 nəfər olduğu məlum idi.