
İraqda ABŞ hərbi helikopteri qəzaya uğradı: ölən var
İraqda səhər saatlarında ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.
Report xəbər verir ki, hadisə nəticəsində pilot ölüb, göyərtədə olan bir neçə hərbçi yaralanıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
KİV vertolyotun xüsusi əməliyyatdan geri qayıtdığını xəbər verir.