Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 18 Haz 2018, 17:37   
        831
    Edamı 2 saat davam edən məhbus - 640 dəfə nəfəsi qayıtdı
    Edamı 2 saat davam edən məhbus - 640 dəfə nəfəsi qayıtdı

    Günümüzdə iynə ilə həyata keçirilən edam üsulu keçmişdən qalan bir çox dəhşətli edamın da sonunu gətirib. Lakin bu üsulun da özünəməxsus problemləri az deyil.

    Edam üçün başqa alternativlər varmı?

    Cinayət törətdiyinə görə ölüm hökmü ilə cəzalandırılan Çarlz Bruks ölümün bir addımlığında da gözünü sevgilisindən çəkməmişdi. Sevgilisinə son sözü “səni sevirəm” olan cinayətkar sonda Qurandan dua da oxumuşdu.

    1982-ci il Teksas həbsxanasında bir cinayətkarın edamı üçün ilk dəfə iynədən istifadə edilib. Bundan əvvəlki edamlar elektrik stulları ilə icra edilirdi. Bu gün isə bu üsul işgəncə hesab olunur. Həqiqətən də elektrik stulunda oturanlara elektrik verərkən, edam olunan şəxslərin gözləri bəbəyindən çıxır, tükləri biz-biz dururdu. Onların yanında davamlı yanğın söndürən gözətçilər dururdu. İynə ilə ölüm daha qabaqcıl, qansız və ağrısız hesab olunur. Brukun edam edildiyini görən şahidlərdən biri onun əsnəyib, son nəfəsini verdiyini qeyd edib. Bir neçə dəqiqə sonra həkim onun ölümünü rəsmən təsdiq edib.

    Bu gün Amerikanın bir çox ştatında iynə ilə edam həyata keçirilir. Ancaq bu edam üsulu barədə heç bir araşdırma aparılmadığı üçün çatışmayan cəhətləri var.

    2005-ci ildə mindən çox məhkum iynə ilə edam olunub. Alimlər bu mövzuda araşdırma aparmağa qərar veriblər. Teksas və Virciniyada aparılan araşdırımalardan sonra iynə tətbiq edilən məhbusların 44%-i baş verənlərdən xəbərdar olduğu üçün əzab çəkdikləri ehtimal olunur. İynədəki zəhər əzələləri iflic etdiyi üçün məhkum qışqıra və müqavimət göstərə bilmir. Başqa bir araşdırmada iynəyə əlavə edilən zəhərin heç bir işə yaramadığı müəyyən edilmişdi. Bu məsələ ilə bağlı araşdırma aparan cərrah Leonidas Konyaris müayinələr zamanı qorxunc nəticələr əldə edib. Məlum olub ki, ölümlərin səbəbi əslində oksigen çatışmazlığıdır. O, “Bu, dəhşətdir. İlk baxışda məsum görünsə də, olduqca qəddar edam üsuludur” deyib. Amerikalılar ölüm cəzasının tətbiq edilməsinə dəstək versələr də, bunun ağrısız olmağını istəyirlər.

    Zəhərli iynələrin icrası üçün istifadə olunan müəyyən dərmanları təmin etmək çətinləşdikcə yeni alternativlər sınaqdan keçirilir. Bu səbəblə bir çox edamın həyata keçirilməsində problemlər yaranıb.

    Belə ki, bir məhbusun ölümü iki saat davam edib və bu müddət ərzində o, 640 dəfə nəfəs almaq üçün mübarizə aparıb. Yəni iynə ilə edam çətinləşirdi.

    Başqa insani üsullar varmı?

    Edamlar min illər boyu ictimaiyyət üçün açıq olub. İnsanları torbalara heyvanlarla birlikdə qoyub, boğmaqdan tutmuş, ağ ciyərlərini çıxartmağa qədər qorxunc üsullar tətbiq olunurdu. İranda insanlar iki qayığın arasına başları və bədən üzvləri çöldə qalacaq formada qoyularaq, üzərlərinə bal və süd tökürdülər. Sonra isə siçanlara yem edirdilər. XIV əsrdə Dehlidə isə fillərin dişlərinə kəsici alətlər bağlayaraq, məhbusları onların önünə atırdılar.

    Dar ağacı

    Daha normal edam üsulları üçün əsrlərdir axtarışlar davam etdirilir. 1789-cu ildə bu məqsədlə dar ağacı istifadəyə verilib. Fransa inqilabı yeni başlayanda bir çox əsilzadənin başı vurulurdu. Lakin bu, o qədər də effektiv deyildi. Daha insani edam barədə düşünən həkim Cozef İqneys Gilyotin özü ixtira etməsə də, adı verilən aləti inkişaf etdirmişdi. Yuxarıdan düşən kəskin bıçaq məhkumun ölümünü tezləşdirirdi.

    Asmaq

    Baş kəsmək hələ də tətbiq olunur. Səudiyyə Ərəbistanında 2017-ci il ərzində 146 insanın başı kəsilib. Hazırda isə iplə asılma gündəmdədir. Asılmanın iki üsulu var: hündürdən və alçaqdan düşmək. Alçaqdan düşmək boğulma ilə nəticələndiyi üçün daha ağrılıdır. Lakin hündürdən düşəndə insanın boyun sümüyü qırılır və onurğası parçalanır. Beləliklə, arterial təzyiq sıfıra enir. İnsan dərhal şüurunu itirdiyi üçün daha insani üsul hesab olunur. Bu halda insanın ürək döyüntüləri iyirmi dəqiqəyə qədər davam edir.

    Gülələmək

    Ümumiyyətlə, müharibə və hərbi cinayətlərdə istifadə edilən üsul olmasına baxmayaraq, Yuta ştatında bu əsas edam vastəsi kimi tətbiq olunur. Bu üsul Şimali Koreyada da tətbiq olunur. Edam olunan məhkum gözü bağlı halda stula oturdulur və beş xüsusi içraçı məhkumun sinəsinə atəş açır. Silahlardan birinin içi boş olur.

    1938-ci ildə ürəyinə EKQ aparatı bağlanan məhkumun güllənmədən 15 saniyə sonra ürəyinin dayandığı təsbit olunmuşdu. Ürək dayanandan sonra beyin 30 saniyə fəal şəkildə fəaliyyət göstərir, bundan sonra isə hər şey dayanır.

    Elektrik stulu

    Elektrik stulu asmaq üsuluna aternativ olaraq gəlmişdi. Lakin bu üsulun da problem yaratdığı və məhbusların əzab çəkdikləri müşahidə olunmuşdu. Mübahisələrə baxmayaraq, elektrik stulları hələ də ABŞ-ın 9 ştatında əsas edam üsulu kimi tətbiq olunur.Publika az
    loading...