Xəbər lenti
Axtar
06 May 2018, 00:05   
    896
Türkün hücum xəbərini eşidən PKK liderləri qaçdı

Türkün hücum xəbərini eşidən PKK liderləri qaçdı

Türkiyə Silahlı Qüvvələrinin Qəndilə hücum edəcəyi xəbərini eşidən PKK terror qruplaşması təşvişə düşüb.

XEBERTV.AZ xəbər verir ki, Afrində 5 minə yaxın terrorçunu məhv edən TSQ-nın hücum hazırlıqlarından xəbər tutan qruplaşma liderləri bir-birinin ardınca açıqlamalar yayır.

Qəndildə gizlənən PKK liderləri Mustafa Qarasu və Cəmil Bayık kameraların qarşısına keçib. Türkiyənin hazırlıqlarından xəbərdar olduqlarını ifadə edən terrorçu liderləri Avropadan kömək istəyiblər.

Bölgədə TSQ-nın aktivliyinin artması səbəbi ilə Cəmil Bayık və Murad Qarailan kimi bir çox PKK liderinin Qəndildən qaçdığı da iddia olunub.

Türkiyənin PKK-nın beşiyində həyata keçirəcəyi əməliyyatın təməlində “Bölgəni azad edib, sonradan geri çəkilmək əvəzinə terroru mənbəyində məhvetmə” ideyasının dayanacağı bildirilib.Axar.az
loading...