Xəbər lenti
Axtar
31 Mayıs 2018, 07:11   
    854

Tbilisidə kütləvi etiraz

BAKI=XEBERTV.AZ
Tbilisidə kütləvi etiraz
Tbilisidə yüzlərlə insan parlament binasının qarşısına yürüş edib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl baş prokurorluq binası qarşısına toplaşan etirazçılar qurumun rəhbəri İrakli Şotadzenin istefasını tələb edib.

Tələbləri yerinə yetdikdən sonra, onlar parlament binasının qarşısına toplanmağa qərar verib.

Etirazlara səbəb 2017-ci ilin dekabr atında Tbilisinin mərkəzində baş verən davada yeniyetmənin öldürülməsidir.

Mitinq iştirakçıları istintaqın qeyri-obyektiv aparıldığını və prokurorluğun insident iştirakçılarından birinin əməlini ört basdır etməyə çalışdığını bildirir. İddiaya görə, himayə altında olan cinayətkarlardan biri qurumun keçmiş əməkdaşının oğludur.

“Bizim sayımız kifayət qədər çoxdur, biz bura toplaşmaqla təkcə öldürülmüş yeniyetmənin atasına dəstək olmuruq, eyni zamanda bütövlükdə sistemə qarşı etirazımızı ifadə edirik”, -deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçıların istintaqın qeyri-obyektiv aparılmasına görə bütün günahkarların məsuliyyətə cəlb olunmasını istəyir.
loading...