Xəbər lenti
Axtar
11 Mayıs 2018, 05:00   
    1 072
 İsrail Rusiyanın müdafiə sistemini məhv etdi - Video

İsrail Rusiyanın müdafiə sistemini məhv etdi - Video

İsrail aviasiyası İranın Suriyadakı mövqelərinə hücum zamanı “Buk-M1-2”, S-200 və S-75 hava hücumundan müdafiə komplekslərini də vurub.

XEBERTV.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bu sistemlər müvafiq olaraq NATO kodlaşdırılması ilə SA-17, SA-5 və SA-2 kimi göstərilib. Bununla yanaşı, raket atəşinə Suriya ordusuna məxsus “Pansir-S-1” (SA-22) sistemləri də tutulub.

İsrail ordusundan bildirilib ki, həmin komplekslər İsrail təyyarələrinə hücuma cəhd etdikləri üçün vurulub.

Qeyd edək ki, “Buk-M1-2” Rusiyada 90-cı illərin ortalarında hazırlanıb və “Pansir”lərə nisbətən daha müasir hava hücumundan müdafiə sistemləri sayılır. Hazırda Suriya ordusunda olan “Buk”ların sayı 6-20 arasında göstərilir.

Ötən gün İsrail ordusu “Pansir S-1”-in məhv edildiyi görüntüsünü yaymışdı.Axar.az

loading...