
Amerikanı əsarətdə saxlayan narkobaron məhv edildi
“Körfəz klanı” adlı narkotik ticarəti ilə məşğul olan məşhur qruplaşmanın rəhbəri zərərsizləşdirilib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Kolmbiya Prezidenti Xuan Manuel Santos Tvitter hesabında yazıb.
“Məndə olan məlumata görə, İnterpol və Kolumbiya Milli Polisinin apardığı əməliyyatlar nəticəsində “Körfəz klanı” adlı qruplaşmanın üçüncü şəxsi olan Hindli ləqəbli Artidesa Mesi zərərsizləşdirilib. O, Mərkəzi Amerika və Avropada narkotik ticarətinə rəhbərlik edirdi”, - deyə prezident bildirib.
Qeyd edək ki, sözügedən qruplaşmanın 1,5 milyona yaxın üzvü var. Qruplaşmanın lideri isə illərdir ki, Cənubi Amerikada axtarışda olan Dairo Antonio Usuqdur.Axar.az