
Pakistanda partlayış - Ölən və yaralananlar var
Pakistanda partlayış - Ölən və yaralananlar var
Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla azı 6 nəfər ölüb.
İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin versiyaya əsasən, hədəfdə məhz asayiş keşikçiləri olub.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.