
İraq terrorçuları orduya daxil etdi
İraqdaki Haşdi Şabi qruplaşmasının üzvləri ordu sıralarına daxil edilib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə İraqın Milli Təhlükəsizlik üzrə rəsmisi Falih əl-Fəyyad məlumat verib. O, Haşdi Şabi milislərinin axıtdıqları qanlara vəfa borcu olaraq belə bir qanun qəbul olunduğunu deyib.
Sözügedən Haşdi Şabi qanununun 4-cü maddəsinə əsasən, bu qruplaşma İraqın qarşılaşdığı təhlükəsizlik və terror təhdidlərini aradan qaldırmaq, şəhərlərin terrorçulardan azad olunması və təhlükəsizliyin təmin olunması məqsədilə terror qruplaşmalarını və onlarla əlbir olanları məhv etmək üçün qanuni qüvvə kimi istifadə edilə bilər.Axar.az