Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • Şəhid polkovnik Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu
  • 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olundu
  • Ordumuz dünya miqyasında güclülər sırasındadır - Prezident
  • Azərbaycanlılar Xankəndidəki erməni evlərini ala bilməz
  • Vitse Prezidentin tapşırıqları Samux rayonunda icra olunmur - VİDEO
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • 04 Mar 2018, 04:44   
        570
    “Zeytun Budağı”nda dünən: Atatürkün son qərargah mərkəzi ələ keçirildi

    Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO), dünən Afrinin qərbində girişdə strateji əhəmiyyətə malik, avtomobil qovşaqlarının olduğu və dəmiryolunun keçdiyi, hündür təpəliklərdən meydana gələn Raco mahalının mərkəzini ələ keçirib. Bu gün həmin əməliyyatın bəzi detalları məlum olub.

    Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, Raco əməliyyatı yerli vaxtla səhər saat 07.00-də başlayıb, 15.00-də tamamlanıb.

    8 saat davam edən əməliyyata terrorizmə qarşı mübarizə üçün ixtisaslaşmış JÖH (Jandarma Özəl Hərəkat) və PÖH (Polis Özəl Hərəkat) qüvvələri rəhbərlik edib. PKK-nın qənimi kimi tanınan bu qüvvələrə Türk atrilleriyası və Hava Qüvvələri də dəstək verib. Əməliyyatda “Fırtına” topları, çoxlülləli raketatanlar, təyyarələr və insansız hava vasitələrindən də istifadə olunub. Raconun qısa müddət ərzində təmizlənib tam nəzarət altına alınması üçün aralarında qadınların da olduğu terrorçularla “isti” qarşıdurmalar yaşanıb. Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələri indiyədək zərərsizləşdirilən terrorçu sayının 2612 olduğunu açıqlayıb.

    Əməliyyatın başlaması ilə qəsəbə mərkəzinə doğru irəliləyən JÖH və PÖH qüvvələri ilk növbədə terrorçuların mina və partlayıcılarla (EYP) qurduqları tələləri məhv ediblər. Onların təmizlədiyi ərazilərə ASO qüvvələri yerləşdirilib və saat 15.00-də qəsəbə mərkəzində hakimiyyət tam ələ alınıb.

    Terrorçuların azad etdiyi binalarda bir-bir axtarışlar aparılıb, evlərin damlarındakı Suriya rejimi ilə terror təşkilatı PYD/YPG-yə aid emblemlər endirilərək yerinə ASO bayraqları asılıb. Hərbi mənbələr, mülki vətəndaşların zərər görməməsi üçün birliklərin böyük diqqət göstərdiyini, bu səbəbdəm irəliləyişin zaman aldığını bildirirlər.

    “Zeytun Budağı”nda dünən: Atatürkün son qərargah mərkəzi ələ keçirildi

    “Zeytun Budağı” əməliyyatında digər önəmli bir xəbər isə Afrinin cənubundan gəlib. Məlumata görə, hərbi strateji baxımdan Racodan daha böyük əhəmiyyətə malik olan Cinderes yaxınlığında da irəliləmə qeyd edilib. TSQ və ASO birlikləri qəsəbənin şərqindəki Ramadiyə, Hamilək və Badanli kəndlərini terrorçulardan təmizləyib. Afrin ilə Cinderes arasındakı keçidin hər an kəsmə ehtimalı yaranıb. Bu yol kəsilərsə, həm Afrindəki, həm də Cinderesdəki PYD/PKK qüvvələrinin tamamilə mühasirəyə düşəcəyi və qısa zaman ərzində təslim olacağı bildirilir.

    Türkiyənin Cindereslə qonşu olan Reyhanə ilçəsində (rayon) dünən günorta saatlarından etibarən intensiv əsgər və zirehli texniklarla möhkəmlədilməsi diqqət çəkib. Bu isə TSQ-nin Cinderes qəsəbə mərkəzinə hücum hazırlığında olduğundan xəbər verir.

    TSQ və ASO birlikləri Afrinin şimal-şərqindəki Şeran mahalının Çəmənli, Əlibezanlı və Karkin kəndlərini də terrorçu qruplardan təmizləyib. Hərəkatın əvvəlindən indiyədək Afrində 2 qəsəbə mərkəzi, 96 kənd, 6 kəndaltı yaşayış məntəqəsi və 21 strateji yüksəklik, 1 YPG/PKK-ya aid hərbi baza olmaqla 126 nöqtə nəzarət altına alınıb.

    Dünən azad olunan Raco qəsəbəsinin Türkiyə tarixində böyük əhəmiyyəti olduğu bildirilir. Məlumata görə, Mustafa Kamal Atatürk 7-ci Ordu komandiri kimi 26 Oktyabr 1918-ci il tarixində ingilislərə və üsyançı ərəb qüvvələrinə qarşı qazandığı və 1-ci Dünya Müharibəsinin ən son meydan döyüşü kimi tanınan Katme savaşından sonra ordu qərargahını Racoya daşıyıb. Raco indiyə qədər Türk ordusunun Afrində aldığı ikinci böyük qəsəbədir. Bundan əvvəl isə Bülbül qəsəbəsi terrorçulardan təmizlənmişdi.

    loading...