Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 26 Şub 2018, 04:38   
        859
    Bu şəhərə 6 il sonra ilk dəfə qar yağdı: Ordu ayağa qalxdı

    Bu şəhərə 6 il sonra ilk dəfə qar yağdı: Ordu ayağa qalxdı

    İtaliyanın paytaxtı Romaya 2012-ci ildən bəri ilk dəfə qar yağıb.

    XEBERTV.AZ xəbər verir ki, Musavat.com xəbər verir ki, məktəblərin tətil edildiyi şəhərin nəqliyyatında da axsamalar yaranıb və yolları təmizləmək üçün ordu vəzifəyə çağırılıb.

    "Buran" adlı soyuq hava dalğası İtalyanın böyük qisminə qar gətirib. 6 ildə ilk dəfədir şəhərə qar yağdığını görən romalılar küçələrə axışaraq bol-bol şəkil çəkiblər. Roma bələdiyyəsi bu gün məktəblərdə tətil elan edib. Romanın öyrəşmədiyi qara görə qatar və avtobus səfərlərində axsalamar yaşanıb. Bəzi yollar isə ağacların iri budaqlarının yerə düşməsinə görə hərəkətə qapalı elan edilib. Hətta hava yollarında da kiçik miqyaslı gecikmələrin ola biləcəyi elan edilib.

    Roma bələdiyyəsi şəhər sakinlərinə ehtiyac olmadıqca ictimai nəqliyyatdan istifadə etməmələri çağırışını edib. Roma küçələrini qardan təmizləmək və mümkün ola biləcək qəzaların qarşısını almaq üçün ordu iş başına çağırılıb. Küçələrdə yaşayan evsizlər də bələdiyyə və Katolik Kilisəsinə bağlı vəqflər tərəfindən qapalı məkanlara daşınır.

    Digər tərəfdən, Roma üçün elə qeyri-adi bir gündə bələdiyyə sədrinin şəhərdə olmaması polemikalara səbəb olub. 5 Ulduz Hərəkatından olan bələdiyyə sədri Virginia Raggi iqlim dəyişikliyi ilə bağlı bir konqresə qatılmaq üçün Meksikaya getmişdi.

    Demokratik Partiyadan Stefano Pedica isə deyib ki, “Raggi iqlimdən danışmaq üçün Meksikaya gedir, amma Romadakı avtobusları termik təkərlərlə təmin etməyi unudur. Nəticə? Hər zamankı kimi xaos...”
    loading...