
Türkiyədə məscidə raket atıldı: 1 ölü, 12 yaralı (YENİLƏNDİ)
Türkiyənin Kilis şəhərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində bir nəfər ölüb.
Hadisə nəticəsində 13 nəfər yaralanıb, onlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.
***
Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub.
XEBERTV.AZ xəbər verir ki, Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis vilayətinə PYD/PKK terror qruplaşması tərəfindən iki raket atılıb. Raketlərdən biri məscidə, digəri evə düşüb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 15 nəfər yaralanıb.Publika.az