Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 24 Oca 2018, 02:27   
        1 069
    Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General

    “Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri türkiyəli general İhsan Başbozkurd “Zeytun budağı” əməliyyatını dəyərləndirərkən deyib.

    Mükəmməl taktika və koordinasiya

    “Əməliyyatın planlanması, hazırlığı, başlanğıcı və bu günə qədər əldə olunan irəliləyişlərə nəzər salsaq, mükəmməl bir taktika və strateji uğur olduğu görünür. Çox çətin şəraitlərdə, dağlıq, qayalıq, meşəlik ərazilərdə keçirilən bir əməliyyat ancaq belə planlana və həyata keçirilə bilər”.

    Gündüz vaxtı qəfildən…

    “Afrinə hücum, irəliləmə istiqamətləri mükəmməl seçilmiş və terror qruplaşmasının qısa müddətdə çökməsinə səbəb olmuşdur. Digər tərəfdən, qəfil bir gecə deyil, gündüz hücuma başlanması da uğuru artırmış və təşkilatın dağılmasını sürətləndirmişdir”.

    Arxayınlaşmaq olmaz

    “İlk günlərdəki uğurdan arxayınlaşmaq olmaz. Çünki bu əməliyyat nizamlı bir əməliyyatla nizamsız hərbin birlikdə tətbiq olunduğu xüsusiyyətə sahibdir. Beynəlxalq partizan savaşı aparan cani bir qruplaşma ilə qarşı-qarşıyayıq. Bu qruplaşmanın qarşısında “Fərat qalxanı” ilə təcrübə qazanmış, PKK-nı məhv etmək sahəsində nizamsız savaşı çox yaxşı tətbiq edə bilən TSQ mövcuddur. İki fərqli xarakteristikaya sahib bu əməliyyatı eyni vaxtda çox yaxşı tətbiq edə bilən dünyadakı yeganə ordu türk ordusudur”.

    Sevr planı dəfn edilir

    “Əməliyyatın ən kritik nöqtəsi coğrafi olaraq Tel Rıfat-Minniğ və İdlibdəki müşahidə nöqtələrinin olduğu xəttin birləşdirilməsidir. Hərbi ədəbiyyatda buna savaşın ağırlıq mərkəzi deyilir. Hərəkatın ən önəmli nəticəsi Fransanın müəyyən etdiyi, ata Əsəddən indiyə qədər vəd edilən və Hatayın torpaqlarımızdan qoparıldığı Sevr masasındakı xəritənin tarixə gömülməsi olacaqdır”.

    Dalğa-dalğa çökəcək

    “Afrinin belə bir xüsusiyyəti var. Afrin PKK üçün qondarma dövlət qurulmasında sonuncu zəncirdir. Üç kanton mövcuddur (Cəzirə, Kobani və Afrin). PKK-nın Afrindən çıxarılması ilə qalalardan biri dağıdılacaq. Terror koridorunun son zənciri qırılacaq”.

    O xəritəni cırıb atın

    “Əməliyyat xüsusilə ABŞ və İsrailin əlaltılarına mesajdır. Yerinizi və mövqeyinizi müəyyən edin, tərəfinizi göstərin, masadakı xəritələri cırıb atın. “Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır. Bu əməliyyat Rusiya və İrana “harada duracağınıza qərar verin” mesajıdır. Bu əməliyyat Sevr planına dur deməkdir”. /Axar.az/
    loading...