“Qədim Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib

“Qədim Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib
BAKI-XEBERTV.AZ
Noyabrın 25-də Azərbaycan Tibb Universitetinin Fizika-kimya Korpusunun Mühazirə zalında “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə “Qədim Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasimi Birliyin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Ş.Sabiroğlu qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaş zamanı Azərbaycan xalqı və Ordusu düşmənə layiqli cavab verdi. Düşmən tapdağı altında inləyən ərazilərin böyük bir hissəsi işğaldan azad edildi. Döclət Başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il Ölkəmizdə “Şuşa ili” elan edilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ölkə ərasində fəaliyyət göstərən QHT-lər arasında müsabiqə elan etdi. Müsabiqənin qaliblərindən də biri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi oldu. Təşkilat “Aktual Media Group”la müqavilə bağladı. Yaradıcı heyət qısa müddətdə “Qədim Şuşa” sənədli filmini ərsəyə gətirdi. Şamil Sabiroğlu layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə, həmçinin, Agentliyin İcraçı direktoru xanım Aygün Əliyevaya və “Aktual Media Group”un işgüzar əməkdaşlarına təşəkkür elan etdi. O, tamaşaçıları “Qədim Şuşa” sənədli filminə baxmağa dəvət etdi.
Filmin nümayişindən sonra Azərbaycan Tibb Universitetinin Professoru, Tibb elmləri doktoru Mübariz Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, qazi Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvləri-Firduz Əhmədov və qazi, “Azərbaycan Bayrağı” ordenli Məhəd Tağıyev çıxış edərək yaradıcı heyətə, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.



Ayna Sərdarqızı,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin III kurs tələbəsi,
Bakı, 30.XI.2022.
AZƏRBAYCAN RESPUBLIKASI
"XOCALI SOYQIRIMINI TANITMA" ictimai birliyi
tel: (+994 55) 860-48-34
e-mail: [email protected]